
İranın Ali dini lideri ABŞ prezidentinin təslim olmaq tələbini rədd edib.
Ayətulla Xamenei deyib ki, İsrailin İrana zərbələrində iştirak etsə də, ABŞ-yə sağalmaz zərbə vurulacaq.
İranın ali dini lideri Əli Xamenei bildirib ki, İran milləti ilə təhdid dili ilə danışmaq onu qorxutmaq mümkün deyil:
“Donald Tramp sosial şəbəkədə yazmışdı ki, Xamenei qeyd-şərtsiz təslim olmalıdı. Tramp bildirmişdi ki, ABŞ Ayətullanın yerini bilir, amma hələlik onu öldürmək planı yoxdur”.
ABŞ prezidenti İsrail-İran münaqişəsi başlananda konfliktdə iştirak etməyəcəyini nümayiş etdirsə də, son günlər ölkəsinin İsrailə dəstək verərək İrana zərbələr endirməsinin mümkünlüyünü istisna etməyib.
Almaniyanın Xarici İşlər Naziri Johann Wadephul isə deyib ki, İran nüvə silahı düzəltməyəcəyinə dair üzərinə öhdəlik götürməlidir:
“Danışıqlar masasına əyləşmək heç vaxt gec deyil, əgər niyyətin səmimidirsə”.
Tərəflər bir-birinə zərbələr endirməyə davam edir.
Son məlumata görə, İsrail İranın uran sentrifuqaları və raket düzəldən müəssilərini vurub.
Günel