
Bir neçə müddətdir ki, Tailandda təlim məşqləri keçən MMA döyüşçüsü, Qarabağ qazisi Tofiq Musayev vətənə qayıdıb.
Gununsesi.info xəbər verir ki, iyun ayının 21-də Bakıda, Crystal Hallda UFC (Ultimate Fighting Championship – Mütləq Döyüş Çempionatı) təşkil olunacaq.
Onun bu debüt döyüşündəki rəqibi qırğızıstanlı döyüşçü Mktıbek Oralbey olacaq.
Gununsesi.info-ya eksklüziv açıqlamasında Tofiq Musayev bildirib ki, o, bu döyüşə ciddi hazırlaşıb:
“Mənim bütün rəqiblərim güclü olub. Zəif idmançı üzərində qələbə qazanmamışam. Yəni rəqibim Mmibek Oralbey də güclü idmançıdır. Amma mən özümə əminəm və inşallah qələbəmi qazanacağam”.
Elmar