
İndoneziyada Levotobi Laki Laki dağından sonra havada çaxnaşma yaranıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İndoneziyada vulkan püskürməsi kül buludu səmaya təxminən 6 mil (9,6 kilometr) səpdi.
Püskürmə səbəbiylə turistik Bali adasına onlarla reys gecikdi və ya ləğv edildi, o cümlədən Cakarta və Lomboka daxili reyslər, həmçinin Avstraliya, Çin, Hindistan, Malayziya, Yeni Zelandiya və Sinqapura uçuşlar.
Levotobi Laki Laki dağı dünən yerli vaxtla saat 17:35-də püskürüb və İndoneziyanın cənubundakı Flores turizm adasının üzərinə 11 kilometr (7 mil) yüksəklikdə isti kül sütunu göndərib-ölkənin Geologiya Agentliyi bildirib.
Görüntülərdə narıncı göbələk formalı buludun yaxınlıqdakı Talibura kəndini əhatə etdiyi və 150 km məsafədə göründüyü əks olunub.
Səlahiyyətlilər ölkədə ən yüksək xəbərdarlıq elan edib və turistləri uzaq durmağa çağırıb.
Denpasar Beynəlxalq Hava Limanının internet saytında ” vulkan səbəbiylə” fasilələr olduğu bildirilib.
Orxan