
21 iyun qeyri-iş günü, 27 iyun iş gününün yerdəyişməsi ilə əlaqədar Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikində dəyişiklik edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.
Qeyd olunub ki, qatarlar 21 iyunda iş günləri, 26, 27 və 28 iyunda şənbə günü, 29 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcəklər.