
Xarici işlər naziri Fidan iraqlı və iordaniyalı həmkarları ilə münaqişənin regional nəticələrini müzakirə edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan ilə, İraqın xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı olub.
Nazirlikdən əldə edilən məlumata görə, görüş zamanı İsrail və İran arasındakı münaqişələr və onların regional fəsadları müzakirə edilib.
Fidan İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə də telefonla danışıb.
İran və İsrail arasında toqquşmalar müzakirə edilib.
Orxan