Putin Zelenski ilə mümkün görüşündən danışdı - "Terrora güvənənlərlə kim danışıqlar aparır?"

  • By Günel
  • 04 İyun 2025 19:29

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə mümkün görüşü şərh edib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə hökumət üzvləri ilə görüşdə bildirib.

“Terrora güvənənlərlə kim danışıqlar aparır?”, – Rusiya prezidenti bildirib.

O, həmçinin Kiyevə yenidən silahlanma üçün istifadə oluna biləcək möhlət veriləcəyinə şübhə etdiyini bildirib.

Bundan əlavə, Putin ritorik olaraq Ukrayna dövlətinin hazırkı rəhbərinin səlahiyyətlərini şübhə altına alıb: “Çürük və korrupsioner rejimin başçısı hansı səlahiyyətə malik ola bilər?”.

Bir gün əvvəl İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya prezidentinə hesabat verərkən bildirib ki, mayın 20-dən 25-dək Rusiya təhlükəsizlik qüvvələri Ukrayna təxribat-kəşfiyyat qrupunun (SRQ) zərərsizləşdirilməsi üçün əməliyyat tədbirləri həyata keçirib.

Gununsesi.info