– İri həcmli internet paketləri:

İnternet Paketlərinin adı və həcmi, qiyməti, (ƏDV daxil, AZN) istifadə müddəti:
3 GB 8.99 28 gün
6 GB 11.99 28 gün
13 GB 18.99 28 gün
31 GB 28.99 28 gün
56 GB 38.99 28 gün

– Günlük və həftəlik internet paketləri:

İnternet Paketlərinin adı və həcmi, qiyməti (ƏDV daxil, AZN) və istifadə müddəti:
0.35 GB 0.99 1 gün
1.5 GB 1.99 1 gün
2 GB 3.99 7 gün

– Bu paketlərin mövcud abunəçiləri qeyd olunan tarixə qədər indiki şərtlərlə istifadə etməyə davam edəcəklər. Dəyişikliklər, göstərilən tarixdən sonra növbəti yeniləmə zamanı avtomatik şəkildə tətbiq olunacaq.

– Eyni zamanda, 25.07.2025-ci il tarixindən etibarən “Günlük 1 GB”, “Həftəlik 1 GB” və “1,5 GB” paketlərinə yeni qoşulmalar dayandırılacaq.

– Qeyd olunan tarixdən etibarən bütün iri həcmli internet paketlərinin istifadə müddəti 28 gün təşkil edəcək.

Xatırladaq ki, “Azercell” də 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq edəcək.

Bu dəyişiklik çərçivəsində, balansın mütəmadi şəkildə artırılması zərurəti aradan qaldırılır. Belə ki, balansda yetərli vəsait olduğu halda tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində ikitərəfli, bu müddətdən sonra isə 90 gün ərzində birtərəfli (yəni müştəri ona gələn zəng və SMS-ləri qəbul edə bilir) olaraq açıq qalmağa davam edəcək.