Naxçıvanda sel evlərə ziyan vurdu

  • By Günel
  • 04 İyun 2025 20:57

Naxçıvanın Kəngərli rayonunun Çalxanqala kəndinə sel gəlib.

Gununsesi.info xəbər verir ki, bu gün güclü yağışdan sonra sel evlərə, təsərrüfatlara və yollara ziyan vurub.

Qeyd edək ki, ölkə ərazisində son bir neçə gün ərzində qeyri-sabi hava şəraiti müşahidə olunub.

Gununsesi.info