Qardaş ölkədə hərbçiləri daşıyan avtobus aşdı: - 12 yaralı

  • By Günel
  • 04 İyun 2025 20:35

Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hadisə nəticədə 12 hərbçi yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hərbçilərin durumlarının qənaətbəxş olduğu bildilir.

Gununsesi.info