Neft 80 dollara yaxınlaşır

  • By Günel
  • 19 İyun 2025 22:50

Londonun ICE birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti yanvarın 21-dən bəri ilk dəfə 79 dolları ötüb.

Gununsesi.info xəbər verir ki, Bakı vaxtı ilə saat 19:15-ə olan məlumata görə, qiymət 79,02 dollara çatıb.

İsrailin iyunun 13-də İrana hücuma başlamasından sonra dünya bazarında neftin qiyməti kəskin artıb.

Gununsesi.info