
“Naim və Erol Əzizov qardaşları afşorlara milyonlarla dolları necə və hansı yollarla daşıyır?! Bu gün Azərbaycanda Bolt adlı şəbəkə faktiki cinayətlə məşğuldur, ölkə qanunlarına tüpürür. Vətəndaşlarımızın, sahibkarlarımızın konstitusion hüquqlarını pozur. Bu azmış kimi, vətəndaşlarmızın mülkiyyət hüquqlarını da heçə sayır. Sanki, uçan Bolt avtomobili yox, ölkə qanunvericiliyidir…”
Gununsesi.info xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib.
Onun sözlərinə görə, hazırda Boltun istifadəsində olan və eyni zamanda, özünə, tanıdığı insanlara məxsus maşınlara blok qoyulub:
“Məsələ belədir: Mənim şəxsi həyatda tanıdığım yoldaşların, eyni zamanda şəxsi mülkiyyətimdə olan bir neçə avtomobil Bolt Servis MMC tərəfindən bloklanıb. Fəaliyyətinə məhdudiyyət qoyulub. Səbəb kimi AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bloklandığı göstərilib. Açığı, əvvəl mənə Boltdan, lap dəqiq desək, Naim Əzizovun əməkdaşları tərəfindən çatan infarmasiyalar fonunda AYNA rəhbərliyi haqqında mənfi düşüncələrə qapıldım. Daha sonra AYNA rəhbərliyi ilə və qaynar xətti ilə əlaqə saxladım. Məlum oldu ki, AYNA tərəfindən heç bir taksi sürücüsü – həmçinin dostlarıma və mənə məxsus heç bir avtomobil bloklanmayıb. Bir qədər dəqiqləşdirmədən sonra məlum oldu ki, Boltun əməkdaşları dostlarıma və mənə məxsus avtomobilləri bloklayaraq başqa, lap dəqiq desək, özlərinin himayələrində olan parklara avtomobilləri “perevod” etdikləri məlum oldu.
Ağasif Şakiroğlu konkret şəxslərə qarşı ittiham irəli sürüb:
“Məlum oldu ki, ölkə qanunvericiliyə tüpürərək Azərbaycanda fəaliyyət göstərən “Bolt Servis AZ” MMC-nin SEO-su Əzizov Naim İlqar oğlunun dost doğma qardaşı Əzizov Erol İlqar oğlu Boltun nəznində fəaliyyət göstərən “Bolt Point” adlı parkda 2-ci şəxs olaraq çalışmaqdadır. Daha doğrusu, bu parka yaradılan süni şəraitlər fonunda həmin parkdan mədəni rüşvət toplamaq, korrupsiya fəaliyyəti üçün ezam edilmiş şəxsdir. “Atkatları” toplayır, qardaşı Naim Əzizovla bölüşür. Eyni zamanda, Əzizov Naim İlqar oğlunun Bolt beynəlxalq taksi şirkətinin investitsiyası proqramı daxilində “116Park” adlı digər qoluna Estonyadan ayrılan yüksək datasiyaların mənimsənilməsi prosesində də iştirak edib. Buna bizim xalq dilində BEYNƏLXALQ KORRUPSİYA DEYİLİR.
Şakiroğlu əlində faktların olduğunu, ancaq hələlik bunu paylaşmağın doğru olmadığını bildirir:
“Əlimdə sənədlərlə bağlı elə şeylər var, onları detallı yazışmalar və səs yazıları ilə birgə paylaşa bilərdim. Bunu sadəcə, doğru görmür, paylaşılmasını qeyri-etik hesab edirəm”.
Partiya sədri son olaraq müraciət də edib:
“Buradan Azərbaycan Respublikasının Baş Prokurorluğana, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə – həmçinin Korrupsiya qarşı Baş Mübarizə idərəsinə, o cümlədən Rəşad Nəbiyev cənablarına müraciət edirəm: Bolt adlı bu cinayətkar dəstəyə kimlərin himayədarlıq etməsi haqqında ictimaiyyətə məlumat verməklə yanaşı, qanuna müvafiq tədbirlər görülməsi üçün ciddi və qarşısı alınmaz tədbirlər görəsiniz. Bu, beynəlxalq cinayətdir. Hansı ki, ölkə cəmiyyətini spikulyasiya edərək dövlət qurumlarına qarşı qaldırır. Bu açıq sabatajdır! Məgər ölkə qanunvericiliyində bir qohumun digər yaxın qohumun tabeliyində işlənməsinə icazəmi verilir? Xeyr, əsla! Bəs niyə Boltun SEO-nun qardaşı Boltun nəznində olan “Bolt Point” fleetdə qeyri-rəsmi (əmək müqaviləsi pozularaq) işləyir? Danmağa çalışmasınlar – “Bolt Point”in ofisindən fotolarını paylaşsam, heç kimə xoş olmayacaq. Bu səbəbdən heç kim nağıl danışmağa cəhd etməsin! Məhz bu səbəbdən (Əzizov Naim İlqar oğlunun qardaşı) Əzizov Erol İlqar oğlunun himayəsi altında olmağın nəticəsidir ki, “Bolt Point”in sertifikatsız (həm də qanunsuz) taksi fəaliyyəti göstərən avtomobilləri uçur Bakı şəhərində. Məhz bu himayədarlığın və qanunsuz fəaliyyətin nəticəsi fonunda Əzizov Erol İlqar oğlunun himayədarlığı altında fəaliyyət göstərən və Vasif Talıbovlara yaxınlığı ilə seçilən park qanunsuz fəaliyyət göstərir… Mümkündür ki, Talıbovların uzanan əli Bakı taksi bazarına Əzizov Naim İlqar oğlunun qardaşı Əzizov Erol İlqar oğlu vasitəsilə hələ də çatmaqdadır. Aidiyyatı dövlət qurumlarına səslənirəm: Bütün bu iqtisadi cinayətlərə qarşı real addımlar atılmazsa, ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalacam. Fikrimcə, hər xırda məsələ ilə bağlı ali rəhbərliyi narahat etmək doğru deyil. Zəruri dövlət qurumlarının məsələyə ciddi yanaşması xahiş və tələb olunur. Hörmətli Əzivovlar, bütün bu maxinasiyanın başında şəxsən Siz durmursunuzsa, bu maxinasyaları törədən əməkdaşlarınızı cəzalandırın. Əks halda, susqunluğunuzla və hərəkətsizliyinizlə bütün bu maxinasiyaların arxasında durduğunuzu etiraf etmiş olacaqsız. AYNA-nın adından az sui-istifadə edin. Yox, belə deyilsə, dövlət qurumunun adından istidafə edib, vətəndaşları dövlət qurumunun üzərinə qaldırmaqda məqsədiniz nədirsə, onu açıq deyin! Olmaya xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını icra edirsiniz, hörmətli Naim Əzizov!?