Yevlaxda 9-cu sinif şagirdi kanalda batdı

  • By Günel
  • 19 İyun 2025 22:20

Mingəçevir şəhər sakini olan 9-cu sinif şagirdi Yevlax ərazisində kanalda batıb.

Gununsesi.info xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalından mənbəyini götürən suvarma kanalının Yevlax rayonunun Tanrıqullar kəndi ərazisindən keçən hissəsində baş verib.

2010-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Rəsulov Hüseyn Subhanoviç Kor çay yaxınlığından keçən suvarma kanalında batıb.

Yeniyetmənin axtarışlarına FHN-nin Aran Dalğıc Axtarış Qrupu cəlb olunub.

Gununsesi.info