
Muğan rayonlarında arpa ilə yanaşı, buğda biçininə də başlanılıb.
Gununsesi.info xəbər verir ki, Cəlilabad, Biləsuvar və İmişli rayonlarında artıq bir neçə gündür ki, biçin işləri gedir.
İmişli rayonunda bu il 2 min 509,7 hektar sahədə buğda, 6 min 844 hektar sahədə arpa, Cəlilabad rayonunda 46 min 980 hektar sahədə buğda, 13 min 450 hektar sahədə arpa, Biləsuvar rayonunda 7 min 563 hektar sahədə buğda, 24 min 086 hektar sahədə arpa əkilib.
Fermerlərin sözlərinə görə, hazırda biçin işləri tez yetişən sortlar əkilən və dəmyə sahələrində aparılır.