
Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.
Gununsesi.info xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3.79 ABŞ dolları və ya 5% bahalaşaraq 79.58 ABŞ dollarına çatıb.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.