
İsrailin Qəzza zolağına hücumları davam edir. Son hücumlar nəticəsində azı 37 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq fələstinlilərə qarşı qırğınlarını davam etdirən İsrail ordusu Qəzza zolağında növbəti dəfə qan töküb.
Yerli hakimiyyət orqanlarından alınan məlumata görə, İsrail ordusunun Deyr əl-Bələh şəhərində bir evi bombalaması nəticəsində 12 nəfər həlak olub.
İsrailin Nuseyrat Qaçqınlar Düşərgəsindəki yanacaqdoldurma məntəqəsinə hücumu nəticəsində 15 nəfər həlak olub. İsrail qüvvələrinin Qəzza şəhərində məcburi köçkün fələstinlilərə ev sahibliyi edən Musa Bin Nusayr məktəbini vurduğu və hücumda ən azı 10 nəfərin öldüyü bildirilir.
Hücumlarda ölənlər arasında uşaqların da olduğu bildirilib. Çox sayda insanın yaralandığı və dağıntılar altında qaldığı bildirilib.
Orxan