
İspaniyada həftələr əvvəl yaşanan elektrik kəsilməsindən sonra bu dəfə sabit və mobil telefon xətlərinin və internet xidmətlərinin sıradan çıxdığı bildirildi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, geniş yayılmış elektrik kəsilməsinin həyatı iki gün iflic etdiyi İspaniyada dörd həftə sonra stasionar, mobil telefon xətləri yenidən kəsildi, siqnallar kəsildi və hətta təcili yardım xətləri belə işləmirdi.
El Pais qəzetindən Ramon Muñozun xəbərinə görə, Telefónica şəbəkəsindəki təkmilləşdirmələr səbəbiylə baş verən insident İspaniyada telefon xətlərinin və internet xidmətlərinin kəsilməsinə səbəb olub.
“Telefonikada baş verən insident şəbəkənin bir hissəsinin stasionar və internetə çıxışının itirilməsinə səbəb olub”- xəbərdə deyilir.
Araqon, Əndəlusiya, Ekstremadura, Navarra, Basklar ölkəsi və Valensiya kimi bir çox muxtar bölgədəki 112 təcili yardım xidmətinin də vəziyyətin təsirinə məruz qaldığı bildirilib. Telefónica açıqlamasında “bəzi şirkətlərdə müəyyən xidmətlərə təsir edən” işlərin aparıldığını və problemin “həll edildiyini” qeyd edib.
İspaniyanın Rəqəmsal Transformasiya və İctimai Xidmətlər Nazirliyinin sözçüsü El Pais-ə bildirib ki, nazirlik vəziyyəti izləyir və həll etməyə çalışır.
Orxan