İsrail müxalifət lideri: “Normal dövlət uşaqları hobbi kimi öldürməz”

İsrailin Demokratik Partiyasının lideri Qolan Netanyahu hökumətini tənqid edərək, “Normal dövlət mülki insanlara qarşı müharibə aparmaz” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin müxalif Demokratik Partiyasının lideri və keçmiş Baş Qərargah rəisinin müavini Yair Qolan İsrail hökumətinin ölkə üçün təhlükə yaratdığını bildirərək, “Normal dövlət mülki şəxslərə qarşı müharibə aparmaz, uşaqları hobbi kimi öldürməz, bir əhalini köçürməyi qarşısına məqsəd qoymaz” deyib.

İsrail dövlət televiziyası KAN-a danışan Qolan hökumətin Qəzza zolağına son şiddətli quru hücumlarına və fələstinliləri Qəzzanın cənubuna, oradan da başqa ölkələrə qovmaq məqsədinə toxunub.

Hökumətin “intiqamçı, əxlaqsız insanlarla dolu, zəif” olduğunu və İsrailin varlığını təhdid etdiyini deyən Qolan, “Normal dövlət dinc insanlara qarşı müharibə etməz, uşaqları hobbi olaraq öldürməz, əhalini köçürmək məqsədini qoymaz. İsrail xalqlar arasında pariya dövləti olmağa doğru irəliləyir” deyib.

Orxan

Gununsesi.info