ABŞ-Çin ticarət razılaşması

Ağ Evin ABŞ-Çin ticarət razılaşmasının detallarını bu gün açıqlayacağı gözlənilir. Tramp Çinlə ticarət danışıqlarının çox yaxşı getdiyini və böyük irəliləyiş əldə olunduğunu bildirdi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində ABŞ və Çin arasında iki günlük ticarət danışıqları yekunlaşıb.

ABŞ-ın maliyyə naziri Skott Bessent və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri danışıqlarla bağlı açıqlama verib.

“ABŞ və Çin arasında çox mühüm ticarət danışıqlarında əhəmiyyətli irəliləyiş əldə etdiyimizi bildirməkdən məmnunam”, – Bessent bildirib.

“Təfərrüatları öyrənəcəyik, amma sizə deyə bilərəm ki, danışıqlar məhsuldar olub. Mən dünən axşam prezident Trampla, nümayəndə Ceymison ilə danışdım və o, baş verənlərdən tam xəbərdardır. Ona görə də tam brifinqimiz olacaq”,- deyə 0, bildirib.

Gununsesi.info