
Bakıda azərbaycanlı gəlin və rumıniyalı bəyin toy mərasimi baş tutub.
Gununsesi.info xəbər verir ki, mərasim yalnız cütlüyün birgə həyatının rəsmiləşməsi ilə deyil, həm də Azərbaycan və Rumıniya mədəniyyətlərinin vəhdəti ilə yadda qalıb.
Toy ənənəvi “Vağzalı” sədaları ilə gəlinin evdən çıxması ilə başlayıb. Tədbirdə hər iki ölkənin milli musiqiləri, geyimləri və rəqsləri təqdim olunub. Giriş rəqsi zamanı Azərbaycan və Rumıniya bayraqları nümayiş etdirilib ki, bu da mərasimin simvolik məqamlarından biri olub.
Toyda rumıniyalı bəyin Azərbaycan dilində etdiyi səmimi çıxış və milli rəqs ifası iştirakçılar tərəfindən alqışla qarşılanıb. Bu jest onun Azərbaycan mədəniyyətinə olan ehtiramının göstəricisi kimi dəyərləndirilib.
Bundan əlavə, toy boyu kreativ foto və video çəkilişlər, qonaqların fəal iştirakı və dinamik rəqslər tədbirə xüsusi ab-hava bəxş edib.
Qeyd edək ki, bu toy yalnız şəxsi birliyin qeyd olunması deyil, həm də Azərbaycan və Rumıniya xalqları arasında mədəni əlaqələrin təcəssümü kimi qiymətləndirilib.
@gununsesi.info Bakıda azərbaycanlı gəlin və rumıniyalı bəyin toy mərasimi baş tutub