
FIFA-nın prezidenti Canni İnfantino “Qarabağ”I Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün qalibi olması münasibətilə təbrik edib.
Gununsesi.info xəbər verir ki, bununla əlaqədar ali futbol qurumunun rəhbəri AFFA-nın prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.
Məktubda deyilir: “Azərbaycanın yeni çempionu “Qarabağ”ı təbrik etməkdən məmnunam! Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm”.