15 yaşdan kiçik qızlara hicab qadağan oluna bilər

Fransa Prezidentinin təmsil etdiyi İntibah partiyası müsəlman baş örtüyü ilə bağlı qadağanın tətbiq olunmasını istəyir.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Belə ki, İntibah siyasi partiyası E.Makronun özünün sədrliyi ilə keçirilən ali hökumət iclasında 15 yaşdan kiçik qızlara bütün ictimai yerlərdə hicab qadağası qoymağı təklif edib.

Görüş Fransadakı “siyasi islamizm” mövzusuna həsr olunub.

İclasdan əvvəl keçmiş baş nazir və hazırda İntibah partiyasının rəhbəri olan Qabriel Attal “15 yaşınadək – yetkinlik yaşına çatmayanların ictimai yerlərdə hicab taxmasını” qadağan edilməsini istəyib.

 

 

Onun sözlərinə görə, gənc qızların geyindiyi müsəlman baş örtüyü “gender bərabərliyinə və uşaqların müdafiəsinə ciddi zərbə vurur”.

O, mediaya açıqlamasında deyib ki, qızlarını hicab taxmağa məcbur etmək valideynlər üçün də cinayət sayılmalıdır.

Sabiq nazirin təklifləri bəzi solçular tərəfindən tənqid edilib.

Sosialist Partiyasından olan deputat Jerom Gedj deyib ki, Q.Attal “Fransa sekulyarizmini müsəlmanlara qarşı yönəldir”.

Gununsesi.info