Qırmızı işıqda makiyaj edənə 200 avro cərimə

İspaniyada yol hərəkəti cərimələri artır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yol hərəkəti cərimələrinə nəzarət edən Guardia Civil yeni cəzaları açıqlayıb.

Avtomobil sürərkən avtomobilindən siqaret kötüklərini atanlar 500 avro cərimələnəcək. Qırmızı işığı fürsət bilib dodaq boyası və ya makiyajdan istifadə edənlər 200 avro, maşında mübahisə edənlər 80 avro, səhər yeməyi yeyənlər, kitab oxuyanlar, yaxud spirtli içki qəbul edənlər də müxtəlif cərimələrlə cəzalanacaqlar.

Təkcə sürücü deyil, sürücünün yanında əyləşən və ya arxada oturan şəxslər də cərimələnir. Sürücünün yanında, ya arxasında əyləşən sərnişin ayaqlarını pəncərəyə qaldırsa, 100 avro, təhlükəsizlik kəməri taxmayan hər kəs 200 avro cərimələnəcək.

Digər cəzalar belədir; siqnalla salamlama 80 avro, heç bir səbəb olmadan daim solda sürmək 200 avro, dırnaq yemə və sevgi göstərişi 80 avro, avtomobili yumaq və ya yol kənarında xırda təmir etmək isə 30-3000 avro.

Günel Həsənova

Gununsesi.info