Litva hökuməti gürcü bu şəxslər üçün vizasız rejimin ləğvi haqqında qətnaməni təsdiqləyib

Litva hökuməti gürcü diplomatları və rəsmiləri üçün vizasız rejimin ləğvi haqqında qətnaməni təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Delfi” xəbər portalı məlumat yayıb.

Qətnamə Avropa İttifaqı (Aİ) Şurasının Gürcüstan rəsmiləri və diplomatları üçün viza rejiminin sərtləşdirilməsi ilə bağlı yanvarda qəbul edilmiş qərarına əsasən qəbul olunub. İndi bu şəxslər və onların ailə üzvləri qısamüddətli səfər zamanı Litvaya vizasız gedə bilməyəcək, onlar həmçinin uzunmüddətli vizaların verilməsi üçün sadələşdirilmiş prosedurdan istifadə etmək hüququnu da itirəcəklər.

Daha əvvəl Estoniya hökuməti Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimi ləğv edib. “Diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin tətbiqi beynəlxalq ictimaiyyətin, o cümlədən Aİ-nin sadə vətəndaşlara, etirazçılara və jurnalistlərə qarşı repressiyaları, polisin cəzasız qalmasını və hakim “Gürcü arzusu” partiyasının susqunluğunu qəbul etmədiyini göstərən növbəti addımdır”, – Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.

Litva, Latviya və Estoniya Gürcüstanın 2024-cü ildə Avropaya inteqrasiyadan imtina etməsi ilə bağlı kütləvi etirazlar fonunda ilk olaraq Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq edib. Xüsusilə, oliqarx, Rusiyayönlü “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin ölkəyə girişi qadağan ediblər.

Gununsesi.info