
Vaşinqtonda İsrailin ABŞ-dəki səfirliyinin iki əməkdaşı öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “CBS News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, insident mayın 21-də axşam yerli vaxtla 21:15 radələrində baş verib.
Bildirilir ki, İsrail diplomatları paytaxtdakı Yəhudi Muzeyindən çıxarkən güllələnib. Hadisə zamanı səfirliyin daha bir neçə əməkdaşı da yaralanıb.