Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, məlumatı Azərbaycan XİN yayıb.

Telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Gununsesi.info