
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağına hücumlara son qoyulması ABŞ prezidenti Donald Trampın fələstinliləri bölgədən çıxarmaq planından asılıdır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Baş nazir Netanyahu keçirdiyi mətbuat konfransında Qəzza zolağına “Gideonun arabaları” adlandırdıqları hərtərəfli hücumlarla bölgəni tamamilə işğal etməyi və HƏMAS-ı “yox etməyi” hədəflədiklərini açıqladı.
Qəzzanı daimi işğal etmək üçün başlatdıqları hücumları “İsrailin təhlükəsizliyini təmin edəcək aydın şərtlərlə” bitirməyə hazır olduqlarını iddia edən Netanyahu, söz mövzusu şərtlərin İsrailli məhbusların azad edilməsi, HƏMAS-ın silahlarını yerə qoyması, rəhbərliyinin xaricə çıxarılması və ən çox fələstinlilərin bölgəyə sürgün edilməsini nəzərdə tutan Trampın planının həyata keçirilməsi olduğunu bildirib.
Trampın planını “çox düzgün və çox inqilabi plan” adlandıran Netanyahu ABŞ-la münasibətlərinin pis olduğu iddialarını da rədd edib.
İsrail mətbuatı Tramp hökumətinin Netanyahunun rəqibi, İsrailin keçmiş baş naziri Naftali Bennetti Ağ Evə dəvət etməyi düşündüyünü deyib.
Qeyd edək ki, İsrail bu yaxınlarda Qəzza zolağının şərqində Xan Yunisdə Qəzza-Avropa Xəstəxanasına və onun ətrafına hücumlar həyata keçirmişdi.
HƏMAS-ın Qəzzadakı lideri Məhəmməd Sinvarın həmin hücumlarda həyatını itirdiyi iddia edilib.
İsrailin baş naziri Binyamin Netanyahu da Sinvarla bağlı danışıb.
Netanyahu bildirib ki, Qəzzaya edilən hücumlarda Həmas-ın siyasi büro rəhbərləri İsmayıl Haniyə və Yəhya Sinvar, Qəssam briqadaları komandiri Məhəmməd əl-Masri (Məhəmməd Deif) və ehtimal ki, Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvar öldürülüb.
Orxan