
Yeni Cənubi Uelsdə (NSW) güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Bir nəfərin itkin düşdüyü bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels ştatında (NSW) güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
NSW polisi bu gün verdiyi açıqlamada bir nəfərin isə itkin düşdüyünü bildirib.
“The Guardian” qəzetinin məlumatına görə, NSW əyalətinin baş naziri Kris Minns bölgədə təsirli olan fırtınanın şimal sahilinin bəzi yerlərində və Hunter bölgəsində də ziyan vurduğunu bildirib. Minns qeyd edib ki, bölgənin çay və göllərində su səviyyəsi 1920-ci illərdən bəri görülməmiş səviyyədədir. “Bir çox insanlar öz icmalarında heç vaxt bu səviyyədə daşqın və ya su basmasının şahidi olmayıblar”. Baş nazir deyib.
Orxan