İlkin Ağayevin rəhbərlik etdiyi qızlardan ibarət yığmadan Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq) və Fidan Bəkərova (66 kq) birinci yeri tutublar. Nurgül Ocaqova (46 kq), Ayan Novruzlu (48 kq), Sima İsmayılova (50 kq), Zəhra Məmmədova (52 kq), Aynur İsmayılova (60 kq), Qızbəs Yusubova (70 kq) gümüş, Fatimə Əliyeva, Zəhra Səlimzadə (hər ikisi 54 kq), Səma Hüseynova, Mirruqiyyə Abduməcidova (hər ikisi 57 kq), Mədinə Məmmədova (60 kq) və Səma Abbasova (70 kq) bürünc medala yiyələniblər.

Beləliklə, Azərbaycan yığması turniri 9 qızıl, 8 gümüş və 18 bürünc medalla bitirib.

Yarışda komanda hesabında millimiz birinci yeri tutub və Heydər Əliyev Kubokuna sahib olub. İkinci pilləyə Rusiya (6-2-2) yiyələndiyi halda, “üçlüy”ü Qazaxıstan (2-4-5) qapayıb.

Birincilikdə ən yaxşı boksçu adına Səftər Məmmədzadə (Azərbaycan) layiq görülüb. Elif Yıldırım (Türkiyə) isə ən yaxşı hakim seçilib.