Nurməhəmmədov Dağıstanda müasir idman bazası tikdirdi

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Dağıstanda idman bazası tikdirib.

Gununsesi.info xəbər verir ki, məşhur idmançı Tsumadinski rayonunun dağlarında, doğulduğu Sildi kəndində müasir idman qurğusunun açılışını edib.

İdmançı bildirib: “Bəyənmədiyim bir idmançını məğlub etdim. Həmin döyüşdən əldən olunan pulu bu gözəl idman bazasının tikintisinə yatırdım”.

Sildi kəndi dəniz səviyyəsindən 1880 metr yüksəklikdə yerləşir. Bura Rusiya Federasiyasının ən hündür kəndi statusunu daşıyır. Bazanın tikintisinə 2018-ci ildə başlanılıbmış.

Gununsesi.info