Qəzzada müharibənin dayandırılması istiqamətində irəliləyişlər ola bilər - Rubio

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, tezliklə Qəzza zolağında “müharibənin dayandırılması” və məhbusların azad edilməsi istiqamətində mühüm irəliləyiş əldə oluna bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rubio Nümayəndələr Palatasının Təxsisatlar Alt Komitəsində Dövlət Departamentinin 2026-cı il büdcə tələbi ilə bağlı dinləmələr zamanı deyib : “Mənim müəyyən səviyyədə optimizm var ki, yaxın gələcəkdə bu (müharibənin) dayandırılması və məhbusların azad edilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər ola bilər”.

Bənzər gözləntilərin daha əvvəl də qaldırıldığını, lakin uğursuz olduğunu ifadə edən Rubio, “Son aylarda ən azı dörd dəfə bu ümidləri daşıdım, lakin hər dəfə bir şəkildə son anda boşa çıxdı. Ona görə də yenidən məyus olmaq istəmirəm. Ancaq indi daha çox humanitar yardım göstərmək və münaqişəni sona çatdırmaq üçün sıx səylər var” deyib.

ABŞ Dövlət Katibi Rubio, həmçinin Vaşinqton rəhbərliyinin təkcə yaşayan əsirlərin deyil, həyatını itirənlərin də ailələrinə qaytarılması üçün çalışdığını vurğulayaraq, “Məqsəd bütün əsirlərin evlərinə qayıtmasıdır, biz də bu prosesi itirənlərin ailələrinə qayıtmaqda qərarlıyıq. bu prosesə sadiqdir”deyib.

Orxan

Gununsesi.info