Göldə hər şey bir anda maviyə büründü: Səbəbini öyrənənlər qəzəbləndilər - FOTOLAR

Braziliyanın San-Paulu əyalətindəki Jundiai çayı qəfildən mavi rəngə büründü. Səbəbini öyrənən yerli əhali qəzəbləndi…

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Braziliyadakı Jundiai çayı qəfildən mavi rəngə çevrilib. Mavi rəng o qədər təsirli idi ki, canlılar, o cümlədən ördəklər də mavi rəng aldılar… Bu maviliyin səbəbi aydınlaşdıqdan sonra yerli əhali böyük reaksiya göstərdi.

Hadisənin yük maşınının daşıdığı mavi boya məhlulunun çaya tökülməsi nəticəsində baş verdiyi öyrənilib. Bildirilib ki, yük maşını idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və nəticədə içindəki boya məhlulu kanalizasiya sistemi ilə birbaşa çaya axıb.

Rəsmilər ətrafa tökülən maddənin sirkə turşusu olan boya olduğunu, polistirol və yumurta kartonları kimi qablaşdırma materiallarının istehsalında istifadə edilən kimyəvi maddə olduğunu bildirib. Bu maddə aşağı dozada insanlar üçün zəhərli olsa da, təbii su ekosistemi ilə qarışması balıqlar, bitkilər və digər su həyatı üçün ciddi təhlükə yaradır.

Hadisədən sonra dərhal əraziyə təcili yardım qrupları göndərilib və boyanın yayılmasının qarşısını almaq üçün işlərə başlanılıb. Çaydakı ekosistemin qorunması üçün lazımi tədbirlərin görüldüyünü və hadisənin ətraf mühitə təsirini minimuma endirmək üçün səylərin davam etdiyini bildirildi.

Günel Həsənova

Gununsesi.info