Yunanıstanda 6,2 bal gücündə zəlzələ oldu

Yunanıstanın Krit adasının sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 140 minə yaxın insanın yaşadığı Heraklion şəhərindən 74 km şimalda yerləşib. Mənbə 15 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Gununsesi.info