Süni intellektlə dəstəklənən “fətva robotu” işə salındı

Səudiyyə Ərəbistanının Məscidül-Həram və Məscid-i Nəbəvi İşləri İdarəsi süni intellektlə dəstəklənən “fətva robotunun” xidmətə girdiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı süni intellektlə dəstəklənən “fətva robotu”nun xidmətə girdiyini və Məscidül-Haramda izdihamı izləmək və təşkil etmək üçün texnologiyaların hazırlandığını açıqlayıb.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Məscidül-Həram və Məscid-i Nəbəvi İşləri Rəyasət Heyətindən verilən açıqlamada, süni intellektlə dəstəklənən “Menaratul-Harameyn Robot”un ikinci versiyasının Məscidül-Ha zəvvarlarının dini suallarını cavablandırmaq üçün istifadəyə verildiyi bildirilib.

Bu addım ağıllı rəqəmsal transformasiyalarla ayaqlaşmaq və zəvvarların Kəbəyə dini ziyarətlərini zənginləşdirmək üçün müasir texnologiyalar və süni intellektin inkişaf etdirilməsi məqsədi daşıyır.

Gununsesi.info