
Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin iki əməkdaşını güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vaşinqton Polis Departamentinin rəisi Pamela Smit mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, şübhəli şəxs Çikaqodan olan 30 yaşlı Elias Rodriqesdir. Atışmadan əvvəl onun muzeyi dolaşması müşahidə edilib.
Atışmadan sonra o, muzeyə daxil olub və mühafizəçi tərəfindən saxlanılıb.
Elias Rodriqesin saxlanılarkən çəkilən videosu yayılıb. O, “Fələstinə azadlıq!” şüarını səsləndirib.