“Report”un Avropada yeni bürosu açılıb

“Report” İnformasiya Agentliyinin Avropada yeni bürosu fəaliyyətə başlayıb.

Gununsesi.info xəbər verir ki, Büro Belçikanın paytaxtı Brüsseldə yerləşir. Yeni büroya rəhbər “Report” agentliyinin baş redaktorunun müavini Kəmalə Mustafayeva təyin edilib.

Bu “Report”un 8-ci xarici bürosudur.

Xatırladaq ki, “Report”un ABŞ-də, Fransada, Türkiyədə, Ukraynada, Rusiyada, Gürcüstanda, Qazaxıstanda büroları fəaliyyət göstərir.

“Report İnformasiya Agentliyi” 2014-cü ildən fəaliyyət göstərir. “Global Media Group” holdinqin tərkibinə daxildir.

Gununsesi.info