Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb

Masallıda 18 yaşlı qız itkin düşüb. 

Gununsesi.info xəbər verir ki, rayonun Çaxırlı kənd sakini olan 2007-ci il təvəllüdlü Şəfa Fətullayeva may ayının 11-də saat 23 radələrində yaşadığı evdən çıxaraq itkin düşüb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə həmin şəxs axtarışa elan edilib: “Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”.

 

Gununsesi.info