
Azərbaycanlı ilahiyyatçı Elşad Miri ölümlə təhdid edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, sosial şəbəkələrdə “cemkerantv” adlı səhifə ilahiyyatçının şəklini yerləşdirərək yazıb:
“Elşad Mirinin əcəli çatıb!!!”
Elşad Miri həmin paylaşımı ictimailəşdirərək təhüləkə altında olduğuna işarə edib.
O, həminçinin yazıb: “Bunların İslam anlayışı budur! Sənin kimi düşünmürəmsə, düşmənimsən…”.
Sözügedən fotoları təqdim edirik: