
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Yəhudi Muzeyi qarşısında İsrail səfirliyinin iki əməkdaşının ölümü ilə nəticələnən atışmanı “antisemitizm”lə əlaqələndirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Amerika lideri özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Ölkə rəhbəri deyib: “Açıq-aşkar antisemitizmə dayanan dəhşətli qətllər dərhal dayandırılmalıdır! ABŞ-də nifrət və radikalizmə yer yoxdur”.
D.Tramp ölən diplomatların ailələrinə başsağlığı verib.