
Qəzzadakı Avde xəstəxanasının rəhbərliyi İsrailin xəstəxananın dərman anbarını hədəf aldığını açıqlayıb. İsrailin son 24 saatda təşkil etdiyi hücumlarda 98 fələstinli həyatını itirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının şimalındakı Avde xəstəxanasının dərman anbarını hədəf aldığı və yanğının hələ də davam etdiyi bildirilir.
Xəstəxana rəhbərliyinin verdiyi açıqlamada, “İsrail ordusu Cibaliya düşərgəsinin Tel əz-Zaatar bölgəsində ( Qəzza zolağının şimalında) Avde xəstəxanasının içərisindəki dərman anbarını hədəfə alıb və yanğın hələ də davam edir” deyib.
Xəstəxananın açıqlamasında yanğının yaralıların və xəstəxanada olan həkim qrupunun həyatını təhlükə altına aldığı, xəstəxana işçilərinin yanğını söndürməyə çalışdığı vurğulanıb.
Açıqlamada atəş halqasının genişləndiyi və yanğınsöndürmə imkanlarının məhdud olduğu, İsrail ordusuna aid tankların yenidən xəstəxananı mühasirəyə almağa çalışdığı bildirilib.
Orxan