
Astronomlar iki uzaq qalaktikanın toqquşma kursunda olduğunu aşkar ediblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Astronomlar təqribən 11,4 milyard il əvvəl, kainat indiki yaşının beşdə biri olarkən, Süd Yolu ilə eyni sayda ulduza malik iki uzaq qalaktikanın toqquşma kursunda olduğunu təsbit etdilər.
Çilidə iki teleskopla aparılan müşahidələr, bu nəhəng qalaktikaların labüd birləşməsindən əvvəl orta əsrlərdə nizələri ilə bir-birlərinə doğru irəliləyən cəngavərləri xatırladan dramatik mənzərəni göstərdi.
Bu qalaktikalardan birinin mərkəzində superkütləvi qara dəlikdən güc alan son dərəcə parlaq kvazar yerləşir. Kvazar maddənin qalaktikanın mərkəzində superkütləvi qara dəliyin yaxınlığına düşməsi nəticəsində yaranan son dərəcə parlaq və enerjili bir göy cismidir.
Kvazarın yaydığı güclü şüalanma digər qalaktikada ulduz əmələ gəlməsini dayandırdı. Ulduzların normal olaraq doğulduğu molekulyar qaz buludları bu radiasiyanın təsiri ilə sadəcə çox kiçik və ulduz əmələ gəlməsi üçün yararsız hissəciklərə çevrildi.
Rusiyadakı İoffe İnstitutunun astrofiziki Sergey Balaşev bu effektin ilk dəfə müşahidə edildiyini qeyd edən “Kvazarın şüalanması qonşu qalaktikanın qazını pozaraq, ulduzların əmələ gəlməsini ciddi şəkildə əngəlləyib” deyib.
Qalaktikalar arasındakı bu qarşılıqlı əlaqə, kvazarı yerləşdirən qalaktikadan yayılan və digər qalaktikaya nizələnən güclü işıq şüası kimi təsvir edilmişdir. Fransadakı Paris Astrofizika İnstitutundan Pasquier Noterdaeme deyib: “Bu şüa əks qalaktikaya zərbə vuran cəngavər nizəsinə bənzəyir”.
Mütəxəssislər zaman keçdikcə bu iki qalaktikanın birləşərək daha böyük bir qalaktikaya çevriləcəyini və kvazarın ətrafındakı maddəni yeyərək sönəcəyini bildirir.
Orxan