
Nyu-York merliyinə namizəd və şəhər auditoru Brad Lander hüquq-mühafizə orqanları əməkdaşlarına hücum etməkdə şübhəli bilinərək immiqrasiya məhkəməsində həbs edilib və bir neçə saat sonra sərbəst buraxılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şəhər auditoru və bələdiyyə merliyinə namizəd Bred Lander ABŞ-ın Nyu York şəhərində immiqrasiya məhkəməsi qarşısında İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılıb.
İmmiqrasiya məhkəməsinə baş çəkərkən Lander immiqrant müttəhimi məhkəmədən çıxararkən maskalı İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları ilə qarşılaşdı.
“ABŞ vətəndaşlarını həbs etmək səlahiyyətiniz yoxdur” deyərək reaksiya verən və müttəhim üçün məhkəmə qərarı tələb edən Brad Lander nəzarətə götürülüb.
NBC News xəbər verir ki, saatlar sonra sərbəst buraxılan Lander Nyu York qubernatoru Keti Hochul ilə binanın qarşısında mətbuata danışıb.
“Hüquq-mühafizə orqanları əməkdaşlarına hücum və federal məmurun vəzifəsinə mane olmaq” ittihamı ilə nəzarətə alınan Lander, ona qarşı irəli sürülən ittihamları rədd etdiyini bildirib.
“Biz (ABŞ Prezidenti) Donald Trampa qanunun aliliyini məhv etməyə, insanları ədalətli məhkəmə araşdırması hüququndan məhrum etməyə və ölkəmizi beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyən ölkəyə çevirməyə imkan verməyəcəyik”, – deyə Lander bildirib.
Lander saxlanılan mühacirlərlə bağlı narahatlığını da dilə gətirib və onların “konstitusion demokratiyanın məhvinə səssiz qalmayacaqlarını” vurğulayıb.
Orxan