
Wall Street Journal, İsrailin hücumdan əvvəl İranın nüvə silahı yaratmaq səyləri ilə bağlı “narahatedici” olduğunu iddia edərək, kəşfiyyat məlumatlarını təqdim etdiyini və ABŞ rəsmilərinin bunu inandırıcı olmadığını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin İrana “Yüksələn Aslan” hücumu ilə başlayan müharibə 6-cı gününə qədəm qoyub.
Qarşılıqlı hücumlar davam etdikcə ABŞ-nin müharibəyə qatılıb-qatılmayacağı maraq doğurur.
Wall Street Journal (WSJ) qəzeti Vaşinqton administrasiyasının hücumlardan əvvəl Tehranın nüvə fəaliyyətləri ilə bağlı İsrailin ABŞ-a verdiyi kəşfiyyat məlumatlarını etibarlı hesab etmədiyini yazıb.
WSJ-nin xəbərinə görə, adı açıqlanmayan dörd ABŞ rəsmisi, o cümlədən yüksək səviyyəli kəşfiyyat zabiti, İsrailin İrana hücum etməzdən əvvəl “nüvə fəaliyyətinin həyəcan verici olduğunu” iddia edərək, ABŞ-yə kəşfiyyat məlumatı verdiyini bildirib.
Rəsmilər iddia ediblər ki, İsrail tərəfi İranın nüvə silahı texnologiyası üzrə araşdırmalarını əhatə edən məlumatları paylaşıb və Tehran hökumətinin partlayıcı tetik sistemi kimi nüvə silahları üçün istifadə oluna biləcək tədqiqatlar apardığına dair kəşfiyyat məlumatı verib.
Rəsmilər amerikalı həmkarlarının İranın “bomba yaratmaq” qərarına gəldiyini sübut edən dəlillərə inanmadıqlarını, məlumatların yalnız Tehranın nüvə silahı üzərində araşdırma apardığını və 2003-cü ildə dayandırılmış proqramlarını yenidən qiymətləndirdiyini göstərdiyini bildirib.
Digər tərəfdən ABŞ prezidenti Donald Tramp ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbardın bu il Konqresdəki çıxışında “İran nüvə silahı yaratmayıb” ifadəsi ilə bağlı “(Gabbard) nə dediyi mənə vecimə deyil. Düşünürəm ki, onlar bir qurmağa çox yaxın idilər” demişdi.
Orxan