Azərbaycanda kazino açılır - QANUN DƏYİŞİR

  • By Günel
  • 18 İyun 2025 08:37

Kazino biznesi Emin Ağalarovun monopoliyasına veriləcək.

Kazino oyunlarının təşkili və keçirilməsi yalnız süni torpaq sahələrində olmaqla nəzərdə tutulur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik layihəsi daxil edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Oxu.Az-a deputat Bəhruz Məhərrəmov məlumat verib.

Layihəyə əsasən, Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur. Həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

Gununsesi.info