
İranın ali rəhbəri Əli Xamenei indiyədək üzləşdiyi ən çətin vəziyyətdədir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadla bildirib.
Agentliyin mənbələrinə görə, yaxın ətrafındakı insanların öldürülməsi İran liderini təşvişə salıb.
“İranın ali rəhbəri Əli Xamenei indiyədək üzləşdiyi ən çətin vəziyyətdədir. İsrailin İrana genişmiqyaslı hücumu ona ciddi təsir göstərib. Ətrafındakı yüksək vəzifəli şəxslərin öldürülməsindən sonra baş verə biləcək mümkün ssenarilərdən narahatdır”, – məlumatda deyilir.