İranın devrilmiş liderinin sürgündəki oğlu üsyana çağırır

  • By Admin2
  • 18 İyun 2025 10:18

İranın devrilmiş lideri Şah Rza Pəhləvinin ABŞ-də sürgündə olan oğlu Rza Pəhləvi İran xalqını rejimə qarşı ayağa qalxmağa çağırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranda inqilabdan əvvəl keçmiş İran şahının oğlu, ABŞ -də sürgündə olan Rza Pəhləvi sosial şəbəkədə paylaşdığı paylaşımla İran xalqını rejimə qarşı ayağa çağırıb.

Pəhləvi, “İslam Respublikası sona çatdı və dağılır. Başlananlar geri dönməzdir. Gələcək parlaqdır və biz birlikdə tarixdə yeni bir səhifə açacağıq. İndi ayağa qalxmaq vaxtıdır, İranı birlikdə geri götürmək vaxtıdır. Mən tezliklə sizinlə ola bilərəm” deyib.

İran xalqının inqilabdan sonra panikaya düşməməsi lazım olduğunu iddia edən Pəhləvi, “İslam Respublikasının süqutundan sonrakı gün üçün narahat olmayın. İran qeyri-sabitlik və ya vətəndaş müharibəsi dövrünə girməyəcək. Rejimin süqutundan sonra 100 günlük keçid dövrü planımız var” – deyə bildirib.

Son günlər İran ordusu, polisi və dövlət qulluqçularından mesajlar aldığını bildirən Pəhləvi rejim tərəfdarı təhlükəsizlik qüvvələrinə müraciət edərək həmçinin deyib: “Sökülməsi qaçınılmaz olan bir rejim üçün İran millətinə qarşı durmayın. Çürüməkdə olan bir rejim üçün özünüzü qurban verməyin. Xalqın yanında olmaqla canınızı qurtara bilərsiniz”.

Orxan

Gununsesi.info