Paris məhkəməsi Makronun həyat yoldaşını kişi adlandıran jurnalistə bəraət verdi

  • By Günel
  • 11 İyul 2025 08:17

Paris məhkəməsi Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğunu iddia edən jurnalist Natacha Reyə bəraət verib.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistin vəkili Fransua Danqlean öz X hesabında bildirib.

“Nataşa Rey Briciti və qardaşı Jan-Mişel Tronyeni məğlub etdi, apellyasiya məhkəməsi Bricit və Jan-Mişel Tronyeni dələduzluqda məhkəməyə verməyi planlaşdıran Nataşa Reyə bəraət qazandırdı”, – o, yazdı.

2024-cü il sentyabrın 12-də Paris məhkəməsi iki fransız qadını Fransa prezidenti Makronun həyat yoldaşı Bricitin kişi doğulduğuna dair böhtan xarakterli şayiələr yaydıqlarına görə ümumilikdə 13500 avro məbləğində cərimələyib.

Gununsesi.info