Tramp Rusiya ilə bağlı mühüm bəyanat verəcək

  • By Günel
  • 11 İyul 2025 08:08

ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyinə söz verib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti “BC News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm”, – o deyib. Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüatlar verməkdən imtina edib. “Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik”, – Tramp əlavə edib.

Gununsesi.info