
PKK terror təşkilatı bu gündən silahı yerə qoymağa başlayacaq.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, prosesin yerli vaxtla saat 10-dan başlayacağı gözlənilir.
Təşkilatın tamamilə sıradan çıxarılması və bütün silahlarının məhv edilməsinin üç-dörd ay çəkəcəyi gözlənilir.
Qeyd edək ki, bir müddət öncə PKK lideri Abdullah Öcalan həbsxanadan tərəfdarlarına çağırış edib. O, rəhbəri olduğu təşkilatın missiyasının yekunlaşdığını bildirərək, PKK üzvlərinə tərksilah olmalarını söyləyib.