
İngiltərənin Mançester şəhərində polisdən qaçmağa çalışan 19 yaşlı yeniyetmə eyvandan yıxılaraq ağır xəsarət alıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə gələn polis qrupları 3 nəfərin binadan qaçmağa çalışdığını fərq etdi. Şübhəlilərdən biri qaçmaq üçün eyvana tərəf gedərkən müvazinətini itirərək yerə yıxılıb. Polis yeniyetmənin hündürlükdən yıxılaraq xəsarət aldığını təsdiqləyib. Eyni hadisədə 14 yaşlı uşaq ağır yaralanaraq xəstəxanaya aparılıb.
Manchester Evening News-un məlumatına görə , hadisə ilə bağlı 3 nəfər həbs edilib. Həmçinin xeyli miqdarda narkotik və silah-sursat ələ keçirilib.
Baş müfəttiş Qaret Cenkins 19 yaşlı gəncin vəziyyətinin ağır olduğunu bildirib.
İstintaq davam edir.
Orxan