Yaponiyada 6,1 bal gücündə zəlzələ

  • By Günel
  • 02 İyun 2025 09:02

Seysmoloqlar Yaponiyanın Hokkaydo adasının sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Yujno-Saxalinsk regional informasiya emalı mərkəzi məlumat yayıb.

“Zəlzələ iyunun 2-də saat 05:51-də (Bakı vaxtı ilə 1 iyun 22:51) 6,1 bal gücündə qeydə alınıb”, – məlumatda deyilir.

Seysmik hadisə Hokkaydo sahillərindən 62 km dərinlikdə, episentri Kunaşir adasındakı Qolovnino kəndindən 285 km cənub-qərbdə baş verib. Zəlzələ Kuril adalarının cənubunda iki bal gücündə hiss olunub.

Gununsesi.info